Şəki Mərkəzləşdirilmiş Kitabxana Sistemini

  • Ölçüsünü böyüt
  • Öz ölçüsü
  • Ölçüsünü kiçiltmək
Ana səhifə

LAÇININ IŞĞALINDAN 20 IL ÖTÜR

E-poçt Çap PDF faylını al

 

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. 1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olmuşdur. Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər bir daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi – strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın, bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan silindi, minlərlə baş mal-qara aparıldı. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşdü. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var. İşğal zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Artıq 20 ildir ki, dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyəttində yaşayırlar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.

 

SƏN ELƏ BİR ZİRVƏSƏN

E-poçt Çap PDF faylını al

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı 10 may 2012-ci il tarixdə MKS-nin 21 saylı Böyük Dəhnə kənd kitabxana filialında "Sən elə bir zirvəsən..." adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Seyidməmmədova Yaqut açaraq bu əlamətdar gün haqqında qısa məlumat verdi. Tədbirdə çıxış edən YAP partiyasının sədri A.Yusifov, tarix müəllimi H.Qocayeva Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışdılar və Ulu öndərin xüsusi ilə mədəniyyət sahəsində olan diqqət və qayğısı haqqında söhbət açdılar. Orta məktəb şagirdləri L.İsgəndərova, Z.Məmmədov, H.Musayeva, M.Kərimova və başqaları Ümummilli liderə həsr olunmuş şeirlər söylədilər. Kitabxanada "Heydər Əliyev-89" adlı foto-stend tərtib olunmuşdur.

 

MİLLƏTİN ŞAH DAMARI

E-poçt Çap PDF faylını al

 

10 may 2012-ci il tarixdə MKS-nin N.Nərimanov adına 8 saylı filialında Ümummilli liderimiz Heydər Əliyevin ildönümünə həsr olunmuş “Millətin şah damarı” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycan Respublikasının himni ilə başlandı. Gecəni giriş sözü ilə kitabxananın müdiri M.Kərimova açdı. “Deyirlər ki, insan yaranmışların ən kamilidir. Bəs bu kamilliyin hüdudlarıni ölçmək mümkündürmü?... Azərbaycan, ümumən türk-Turan dünyasının dünyaya bəxş etdiyi böyük siyasi-ictimai xadimlər sırasına II minilliyin sonu, III minilliyin əvəllərində bir ad da əlavə olundu: Heydər Əliyev! Bu ad bizim yalnız siyasi-ideoloji təfəkkürümüzə deyil, ədəbi-bədii düşüncəmizə də möhtəşəm, genişmiqyaslı bir obraz gətirdi. Sonra soz kitabxananin oxucularına verildi. Əsgərova Nuranə “Sən elə bir zirvəsən”, Hüseyinli Jalə “Heydər Əliyev dühası”, Rəhimova Nurlanə “Heydər baba, oldun millətin atası”, Nacımusayeva Aydan “Körpələr babası”, Məmmədova Əfsanə “Azərbaycan” şerlərini söylədilər. Gecədə həm də “Türk dünyasının günəşi” başlıqlı sərgidə nümayiş olundu.

 

TÜRK DÜNYASININ SÖNMƏZ GÜNƏŞİ

E-poçt Çap PDF faylını al

 

10 may 2012 – ci il tarixdə M.P. Vaqif adına 7 saylı kitabxana filialı və 12 saylı kitabxana filialı ilə birlikdə H.Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar “Türk dünyasının sönməz günəşi” mövzusunda ədəbi–bədii kompozisiya keçirilmişdir. Tədbiri 7 saylı filialın müdiri Mustafayeva Lətafət giriş sözü ilə açmışdır. Mustafayeva yoldaş H.Əliyevin keçdiyi ömür yolundan geniş məruzə etdi. Kitabxananın oxucularından 10 saylı məktəbin şagirdləri Hacıyeva Xəyalə , Mustafayeva Gülşən , Məmmədova Nazilə, Əliyeva Munisə , Əliyeva Nəzrin və başqaları H.Əliyevin xatirəsinə həsr edilmiş şeirlər söylədilər. Haciyeva Xəyalə “Mənim babam”, “Elegiya”, Məmmədova Nazilə “Vətən oğlu” Əliyeva Munisə “Dədə Heydər”, Əliyeva Nəzrin “Tanrı möcüzəsi” şeirlərini söylədilər. Sonda tədbir iştirakçıları “Türk dünyasının sönməz günəşi” başlıqlı hazırlanmış sərgi ilə tanış oldular.

 

HEYDƏR ƏLİYEV

E-poçt Çap PDF faylını al

 

Peyğəmbərlərdən biri deyir ki, “Öldükdən sonra yaşamaq istəyirsinizsə, ölümsüz bir əsər yaradın”. Ulu öndər Heydər Əliyev bir ölkə yaratdı, bir dövlət qurdu. Bu ölkə, bu dövlət misli bərabəri olmayan ölümsüz bir əsər, möhtəşəm bir abidədir. Tarixin bütün dövrlərində hər bir dövlət adından və formasından asılı olmayaraq mütləq şəkildə dörd əsas təməl üzərində qurulmuşdur. Xalq, vətən, müstəqillik və idarəetmə. Bir dövlətin var olması üçün bu dörd prinsipin hər biri əsas şərt kimi qiymətləndirilə bilər. Lakin düşünürük ki, dövlətin dövlət olması üçün müstəqil bir həyata nail olmaq istəyi, adətən, böyük dövlət xadimlərinə xas olan ən xarakterik liderlik cizgisidir. Ulu öndər Heydər Əliyev bundan 89 il əvvəl azad olmayan, boyunduruq altında olan bir dövlətin vətəndaşı kimi doğuldu və böyüdü. Lakin çox sonralar onun verdiyi çoxsaylı müsahibələrə, açıqlamalarına, xatirələrinə nəzər salarkən görürük ki, ən gənc yaşlarından ölkəsini azad görmək istəmişdir. Ulu öndər Moskvadan Naxçıvana gəldiyi günlərdə çox ciddi və siyasi məsuliyyət daşıyan bir bəyanat verdi: “Azərbaycan SSRİ-dən ayrılmalı və müstəqil bir dövlət olmalıdır. Buna Azərbaycan xalqının haqqı çatır.” Sonralar onun bütün çıxışlarına və həyata keçirdiyi işlərə nəzər saldıqda müstəqil Azərbaycan dövlətinin varlığı ilə necə böyük iftixar hissi keçirdiyini, bundan necə şərəf duyduğunu, nə qədər xoşbəxt olduğunu açıq aydın görürük. Milli Məclisidə Naxçıvan Muxtar Respublikasının deputatı kimi çıxışında “Azərbaycan xalqı birləşməli, müqəddəs torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi nüstəqillik yolu ilə getməli, müstəqilliyini tam şəkildə əldə etmək üçün mübarizə etməlidir. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və onları əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm” dedi. Bu qəti inam, bu qəti qərar sonrakı illərdə də davam etdi və Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti kürsüsünə qədər yüksəltdi. Müstəqilliyi əldə etdikdən sonra onu qorumaq və gələcək nəsillərə müstəqil bir ölkə yadigar qoyub getmək Heydər Əliyevin həyatının anlamına çevrilmişdir. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyev Azərbaycanın təbii ehtiyatlarından və əlverişli coğrafi-strateji mövqeyindən ölkənin milli mənafelərinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyət göstərdi. 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi bağlandı. Heydər Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində də uğurlu addımlar atılmış “Bakı-Supsa” boru kəməri tikilib istifadəyə verilmişdir. Onun rəhbərliyi ilə həmçinin qonşu dövlətlərlə əvvəllər korlanmış münasibətlər düzəldilərək yeni əsaslar üzərində quruldu, Azərbaycan Beynəlxalq qurum və təşkilatlara üzv seçildi. Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpasına yönəlmiş Beynəlxalq Proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış, 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 Beynəlxalq təşkilatın nümayəndələrinin Bakıda konfransı keçirilmişdir. Heydər Əliyev dahi siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də tarix, fəlsəfə, ədəbiyyat və incəsənətin gözəl bilicisi, elmin və mədəniyyətin himayəçisi idi. Onun bilavasitə təşəbbüsü və iştirakı ilə neçə-neçə ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmışdır. Heydər Əliyev bir sıra xarici ölkələrin yüksək ordenlərinə, beynəlxalq mükafatlara, o cümlədən Türkiyənin Sənaye və İş Adamları Vakfının 1997-ci ilin insan haqları və ilin dövlət adamı mükafatına, ən nüfuzlu televiziya kanallarından biri – “Nərgiz TV”-nin apardığı rəy sorğusuna görə planetimizin siyasi xadimləri arasında “Dünyada ilin adamı” fəxri adına (1997), “İpək Yolu Fondu”nun təsis etdiyi “İpək Yolu Xidmət Mükafatı”na (1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), müxtəlif ölkə Universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara, mükafatlara layiq görülmüşdür. Dövlətlərarası əlaqələrin inkişafında regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində yorulmaz səylərinə görə Heydər Əliyev 2001-ci ildə “Qızıl fortuna” Beynəlxalq Reytinq Təşkilatının ali mükafatı – “Qızıl Ulduz” (“Qloriya populi”) ilə təltif olunmuşdur. Heydər Əliyev bir Günəşdir. Günəş qərinələr boyu yer üzünü aydınlatdığı kimi, Heydər Əliyevin ruhu, düşüncələri, əməlləri əbədiyyən Günəş kimi Azərbaycanımızın üzərində doğacaq, xalqı üçün yaratdığı qüdrətli respublikamızda əbədi yaşayacaqdır.

 

 

 


Səhifə 1 > 17-dəan

QARABAĞI UNUTMA!

Xocalı
Şuşa
laçın
Xocavənd
Kəlbəcər
Ağdərə
Ağdam
Cəbrayıl
Füzuli
Qubadlı
Zəngilan
26.02.1992
08.05.1992
18.05.1992
02.10.1992
02.04.1993
17.06.1993
23.07.1993
23.08.1993
23.08.1993
31.08.1993
29.10.1993

ARXİV

< May 2012 >
Bz Ç Ç Cm C Ş Bz
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      

KİTAB FONDU

MKS-in kitab fondu: (619323)
Azərbaycan dilində- 535577
Latın qrafikası- 99486
Kiril əlifbası- 436091
Rus dilində- 83258
Digər dillərdə- 1151

Mərkəzi kitabxana: (35763)
Azərbaycan dilində- 35763
Latın qrafikası- 8140
Kiril əlifbası- 8000
Rus dilində- 19077
Digər dillərdə- 546

AXTARIŞ

MUĞAM RADİO

Saat

Ulti Clocks content

SORĞU

Səhifəmiz necə alınıb?
 

İSTİFADƏÇİ GİRİŞİ

HAZIRDA ŞƏBƏKƏDƏ

Hal-hazırda :
 11 qonaqlar saytdadır

© 2010-2012 Şəki MKS
Hazırladı: MicroEnn Group Production.