XOCALI HARAYI

 

Erməni qəsbkarlarının 1992-ci il 26 fevral tarixində törətdiyi faciədən 21 il ötür. Yaşananlari yenidən xatırlamaq üçün yenə bir aradayıq. Bu gün Nakam adına mərkəzi kitabxananın kollektivi öz fəal oxucu qrupu ilə bu faciəni anmaq üçün “Xocalı harayı”adlı ədəbi-bədii kompozisiya təşkil etmişdir. Tədbir Şəki 10 saylı məktəbin tədbir zalında təşkil edilmişdir. Əvvəlcə Xocali faciəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Aparıcılar A.Məlik və S.Arzu Xocalı faciəsinin tarixi haqqında qısa məlumat verdilər. Onlar Xocalıda həlak olan, itkin və əsir düşən qadın, uşaq və kişilər haqqında, onların faciəli ölümləri haqqında məlumat verdilər. Onların siyahısı ekranda işıqlandırıldı. Ən az yaşlısı 6 aylıq bir körpənin adı bu siyahıda yer tutmuşdur. Sonra bir-birinin ardınca M.Jalə “Xocalı faciəsi”, Ə.Aişə və Ə.Səxavət “Göynəyir sinəm Xocalı”, A.Sevinc “Xocalı soyqrımı” adlı şeir söylədilər. Ə.Sabir, M.Leyla, N.Gülnarə, A.Rahilə və başqaları müxtəlif epizodlarla bu facıəni əks etdirdilər. Tədbirdə Xocalı soyqrımını lentə alan sona qədər kamerasını söndürməyən həmyerlimiz, jurnalist Çingiz Mustafayevin fəaliyyəti haqqında da məlumat verildi. Ramal, Novruz, Səxavət, Bəhlul, Nicat “Əsgərlər”, Rəksanə, Adəm, Günel, İslam “Xocalı ağrısı”, Elvin, Pərvin, Sabir, Turan “Bizi vətən çağırır” adlı kompozisiyalarla çıxış etdilər. Bu faciənin əyani sübütu olan Vahid Mustafayevin çəkdiyi “Xoca” filmindən epizodlara baxıldı. Sonda 10 saylı məktəbin direktoru Abid müəllim bu faciədən sarsılmamağı, daha da əzmli olmağı tövsiyə edərək., “Xoca” filminin ətrafında müzakirələrlə çıxışını daha da maraqlı etdi. Bu tədbirin davamı olaraq İ.S.Nakam adına mərkəzi kitabxanada təşkil olunan “Xocalı soyqrımı qan yaddaşımızdır” adlı sərgiyə baxış təşkil edildi. Kitabxananın nümayəndəsi D.Yaqubova çıxış edərək dünya xalqlarının “Xocalı faciəsini” tanıması və bu barədə qətnamə qəbul etmiş Çexiyadan söhbət açaraq gəncləri öz millətlərini, xalqını, vətənini sevməyə çağırdı. Sonda kitabxananın oxu zalının müdiri Y.Sadıqlı iştirakçılara və qonaqlara təşəkkür bildirərək “Xalqımız hələ yarası qaysaqlanmayan bu faciəni heç vaxt unutmayacaq” söylədi.

İSTİFADƏÇİ GİRİŞİ